Şamaxıda müfəttişin üstünə maşın sürdülər - VİDEO
Bizi izləyin

Qırmızı.az

Şamaxıda müfəttişin üstünə maşın sürdülər - VİDEO

Şamaxıda qanunsuz sərnişindaşımaya qarşı reyd keçirilib. Reyd zamanı bir sıra qayda pozuntusuna rast gəlinib.

Publika.az RegionTV-yə istinadən xəbər verir ki. Şamaxıda keçirilən reyd zamanı bəzi sürücülərin nəqliyyat vasitəsini sənədsiz idarə etməsi məlum olub. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Şamaxı Regional Şöbəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı bir sıra qayda pozuntusu aşkar edilib.

Qayda pozuntusuna yol verən 16 sürücü cəzalandırılıb. Bunlardan bir qismi yerindəcə cərimələnib, bir neçə avtomobil cərimə meydançasına aparılıb. Bəzi sürücülər vəzifəsini yerinə yetirən məmurlarla mübahisə etməkdən çəkinməyib. Elələri də olub ki, göz görə-görə sərnişin daşımadığını iddia edib.

Reyd zamanı həyəcanlı anların da şahidi olduq. Saxla əmrinə tabe olmayan sürücülərdən biri avtomobili müfəttişlərin üzərinə sürməkdən çəkinməyib. Cəzaya qarşı daha aqressiv reaksiya verən bəzi sürücülər isə reydi işıqlandırmaq üçün ərazidə çəkiliş aparan jurnalistlərə mane olmağa çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm