Qırmızı.az
Azərbaycanda payız başladı – 13:22-də
Bu gün Bakı vaxtı ilə saat 13:22-də Azərbaycanda payız fəsli başlayıb.
Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Orxan Xəlilov bildirib.
Onun sözlərinə görə, bu gün gecə və gündüz bərabərliyi baş verəcək: "Sentyabrın 23-də sutka 12 saat olmaqla yarıya bölünür. Bununla da gecələr uzanır, gündüzlər isə qısalır".
Xatırladaq ki, payız fəsli dünyanın şimal yarımkürəsində sentyabr, oktyabr, noyabr aylarında, cənub yarımkürəsində isə mart, aprel, may aylarında yaşanır. Bu mövsümdə gecələr uzanır və gündüzlər qısalır. Hərarəti və işığı azalan günəş daha tez batır. Payız günləri, əsasən, sərin, yağıntılı və küləkli keçir.
İldə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş verir. Yaz gecə-gündüz bərabərliyi isə martın 21-nə təsadüf edir.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ