Azərbaycana qar yağdı
Bizi izləyin

Qırmızı.az

Azərbaycana qar yağdı

Şamaxıda insanlar yazın gəlişini gözlədiyi bir vaxtda təbiətin şıltaqlığı ilə qarşılaşıblar. Belə ki, bu gün rayona qar yağıb, hər tərəf ağ örpəyə bürünüb.

İndi Şamaxıda bir tərəfdə yam yaşıl otlar və çiçəklər, digər tərəfdə isə qar gözəl mənzərəyə səbəb olub.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bu təbiət hadisəsi Şamaxıda hamını təəcübləndirməklə yanaşı, bəzilərini sevindirib. Ən çox sevinən isə təbii ki, uşaqlar olub. Arxada qoyduğumuz qış fəslində doyunca qar topu oynayıb, əylənə bilməyən uşaqlar indi doyunca əylənə biliblər. Hətta bu xəbəri eşidən ətraf rayonlardan da qarı görmək üçün gələnlər olub.



Rayonun dağlıq ərazilərində qarın hündürdürlüyü 5-10 santimetrə qədər çıxıb. Qarın ən çox düşdüyü yerlər isə Əngəxaran, Məlhəm, Çuxuryurd, Nağaraxana, Qızmeydan və Pirquludur. Qarın məhsuldarlığa göstərəcəyi təsirlə bağlı isə müxtəlif fikirlər səsləndirilir. Kəndlilər taxıl zəmilərinin yaşıllaşdığı bir vaxtda qarın yağmasının məhsuldarlığın artmasına səbəb olacağını düşünürlər.


Qeyd edək ki, qarın yağmasına baxmayaraq, magistral yollar işlək vəziyyətdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm