Şəkidə pəncərə silən qadın 5-ci mərtəbədən yıxıldı
Bizi izləyin

Qırmızı.az

Şəkidə pəncərə silən qadın 5-ci mərtəbədən yıxıldı

Ötən gün Şəkidə iki bədbəxt hadisə baş verib.

Ötən gün Şəkidə iki bədbəxt hadisə baş verib.

Publika.az Kanal-S-ə istinadən xəbər verir ki, ilk hadisə Məmmədəmin Pəsulzadə prospektində baş verib. Burda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisəni törədən sürücü isə qaçıb. Zərərçəkən Şəki sakini Həsənova Nəzakət Əziz qızı yolu keçmək istəyərkən sarı rəngli VAZ-2106 markalı avtomobil tərəfindən vurulub. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Digər hadisədə isə bir nəfər 5-ci mərtəbədən yerə yıxılıb. Xəsarət alan şəxsin yaxınlarının verdiyi məlumata əsasən, Sabit Rəhman küçəsi ev 73, mənzil 20-də yaşayan Şəki sakini Əhmədova Günay Mahir qızı şüşələri təmizləyərkən müvazinətini itirib. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Günayın vəziyətinin ağır olduğu bildirilir.

Baş vermiş hər iki faktla əlaqədar Şəki RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm