QMİ-nin hacıların Bakıda olması ilə bağlı xəbəri yalan çıxdı
Bizi izləyin

Qırmızı.az

QMİ-nin hacıların Bakıda olması ilə bağlı xəbəri yalan çıxdı

Azərbaycanlı hacıların ilk qrupunu Bakıya gətirən təyyarə gecikib. Bu gün səhər 07:15-də gəlməli olan təyyarə hələ Məkkədən yola düşməyib.

Qafqaz Müsəlmanları İdarəsindən verilən ilkin məlumatda artıq hacıların ölkədə olduğu bildirlirdi.

“AZAL”dan Publika.az-a verilən məlumatda hələ ilk reysin ölkəyə çatmadığı bildirilir. İlk reys 15:40-da hava limanına enəcək.

QMİ-nin xarici ölkələrlə əlaqə şöbəsinin əməkdaşı Müqəddəs Payızov Publika.az-a açıqlamasında ilk reysin 07:15-də gəlməsini gözlədiklərini, lakin eyni vaxtda hava limanından yüzlərlə təyyarə qalxdığına görə gecikmə olduğunu deyib.

“Düzdür, biz səhər saatlarında ilk reysin gəlməsini gözləyirdik. Lakin aldığımız son məlumatda gecikmə olduğunu dedilər. İlk reys oradan günorta 15:00-da çıxacaq. Ondan yarım saat sonra isə daha iki reys çıxacaq. Ümumilikdə bu gün 3 reyslə hacılar vətənə dönəcək. Burada qeyri-adi, narahatlığa səbəb olacaq bir şey yoxdur, minlərlə insan yola çıxdığına görə belə gecikmələr ola bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm