FHN-in 10 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

FHN-in 10 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO

Sentyabrın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyində nazirliyin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş “İnkişaf yolu: dünən, bu gün və sabah” mövzusunda ümumrespublika konfransı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra konfransı giriş sözü ilə açan fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov ölkəmizdə təbii və texnogen xarakterli fəlakətlər zamanı əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məsələsinin ulu öndər Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. O, bildirib ki, ümummilli liderin uğurlu siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasının səmərəli idarə olunmasını təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında 16 dekabr 2005-ci il tarixində Sərəncam imzalaması dövlət başçısının ölkə vətəndaşlarının təhlükəsizliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Keçən 10 il ərzində ölkədə fövqəladə halların səmərəli idarə olunmasının təşkili məqsədilə görülən işlərdən danışan nazir müavini FHN-in beynəlxalq əlaqələrinə diqqət çəkərək nazirliyin xarici ölkələrdə həyata keçirdiyi xilasetmə əməliyyatlarına da toxunub.

Nazir müavini konfransın işinə uğurlar arzulayıb.

Sonra Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Konfransda çıxış edən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Rüşti Səfərov, FHN-in Akademiyasının rəis müavini Cabir Həsənov, SOCAR “Qazixrac” İdarəsinin rəisi Qağaməli Seyfullayev, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, “Azərneftkimyamaş” ASC-nin İdarə Heyətinin sədri Əli Qaraxanov və digər məruzəçilər Fövqəladə Hallar Nazirliyinin yaradılmasından keçən dövrə tarixi ekskurs edərək görülən işlərdən danışıb, sənayedə və dağ-mədən işlərinin görülməsində təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri və prinsipləri, qarşıda duran vəzifələr və perspektivlər barədə söz açıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm