Hava pisləşir: temperatur 3-5 dərəcə aşağı düşəcək - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Hava pisləşir: temperatur 3-5 dərəcə aşağı düşəcək - PROQNOZ

2 oktyabrdan etibarən ölkə ərazisində havanın dəyişəcəyi – pisləşəcəyi gözlənilir.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək. Hava əsasən rayonlarda yağıntılı olacaq.

Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 2-də hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonIarından başlayaraq, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntının leysan xarakterli, intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm