Nazirlik məktəbəqədər təhsilin səviyyəsindən narazıdır
Bizi izləyin

Qırmızı.az

Nazirlik məktəbəqədər təhsilin səviyyəsindən narazıdır

Bu gün Azərbaycanda məktəbəqədər təhsilin əhatəlilik səviyyəsi qanedici səviyyədə deyil. Orta perspektivdə bu göstəricinin Avropanın aparıcı dövlətlərinin göstəricisinə çatdırmaq hədəf kimi qoyulub.

Publika.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Ceyhun Bayramov Trend-ə müsahibəsində deyib.

Nazir müavini bunun qısa müddət ərzində baş verməyəcəyini deyib:

“Amma bunu deyə bilərik ki, müvafiq istiqamətdə artıq sistemli işlər və dövlət qurumları ilə müzakirələr aparılır”.

O, məktəbə hazırlıq təhsilinin 1 il icbariliyinin təmin edilməsinin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında öz əksini tapdığını deyib.

“Ümumilikdə biz hamımız başa düşürük ki, məktəbəqədər təhsilin səviyyəsinin əhatəliliyinin genişləndirilməsi təhsilin növbəti pillələrində uğurlu nəticələrin əldə edilməsi üçün başlıca amillərdən biridir. Məktəbəqədər təhsilin əhatəliliyi baxımından bunun dövlət, özəl təhsil müəssisələri, yaxud məktəb daxilindəki mövcud məktəbəqədər hazırlıq qruplarının yaradılması üsulu ilə təşkil edilməsinin bir o qədər fərqi yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm