Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanır - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanır - FOTO

Bakı-Sumqayıt şossesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığı, Sumqayıt şəhəri istiqamətində) piyada keçidinin tikintisi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Publika.az xəbər verir ki, tikinti işlərini aparan "Körpü-Bina-Tikinti" MMC tərəfindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, piyada keçidinin tikintisi zamanı yolun bəzi zolaqları qısa müddət ərzində bağlı olacaq. Tikinti işləri 2 ay davam edəcək.

Sürücülərə alternativ olaraq Binəqədi şosesi və Rəşid İsmayılov küçələrindən istifadə etmələri tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm