• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Dilçilik İnstitutunda aparılan yoxlamalarla bağlı AMEA-dan RƏSMİ CAVAB

Dilçilik İnstitutunda aparılan yoxlamalarla bağlı AMEA-dan RƏSMİ CAVAB

“Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda hazırda aparılan yoxlamalarda institutun direktoru Tofiq Haçıyev hədəf kimi götürülməyib və belə bir fikrin səsləndirilməsinin heç bir mənası yoxdur”.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin akademik katibi, yoxlama komissiyasının üzvü Teymur Kərimli AMEA-nın Dilçilik İnstitutunda aparılan son yoxlamalara münasibət bildirərkən deyib.

T.Kərimlinin sözlərinə görə, bu yoxlamaların aparılması AMEA-nın daxili işidir: "Yoxlamaların aparılmasının Tofiq Hacıyevlə heç bir əlaqəsi yoxdur. Institutda Tofiq Hacıyevin işi yoxlanılmır. Buna səbəb də yoxdur. Sadəcə, bu, növbəti yoxlamadır. Belə yoxlamalar bütün institutlarda aparılır. Bu zaman institutun potensialı üzə çıxarılır, nöqsanlar göstərilir, gələcək pespektivlər müəyyənləşdirilir. Bu yoxlamanı belə ictimaiyyətləşdirilməyin mənası yoxdur”.

T.Kərimlinin sözlərinə görə, hazırda yoxlamalar aparıldığından komissiyanın üzvü kimi onunla bağlı açıqlama verə bilməz.

Xatırladaq ki, Dilçilik İnstitutunda aparılan son yoxlamalar ictimiayyət tərəfindən birmənalı qarşılanmayıb. Bu yoxlamaların institutun direktoru Tofiq Hacıyevlə bağlı olduğu bildirilir.

T.Hacıyev isə bildirib ki, yoxlama komissiyasının üzvləri 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dilçilik İnstitutunun maddi texniki bazasının yaxşılaşdırılması və elmi inkişaf üçün ayrılmış 2 milyon manatın xərclənməsinin hesabatını ondan soruşurlar: “Mən instituta 2014-cü ildə, yəni instituta pul ayrılandan iki il sonra təyin edilmişəm. Maraqlı işdir, bunlar özləri 2 milyonu xərcləyiblər, hesabını isə məndən soruşurlar. İndi də gəlib mənim il yarımlıq nə işimi yoxlayırlar, bilmirəm. Niyə 2 milyonu xərcləyib, indi də gəlib hesabını məndən soruşurlar, aydın deyil”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR