MTRŞ-dən Mirşahinə: "Özünə rəva bilmədiyini..."
Bizi izləyin

Qırmızı.az

MTRŞ-dən Mirşahinə: "Özünə rəva bilmədiyini..."

“ANS onunla bağlı ağzından bir az köndələn söz çıxaran hər kəsi imici və işgüzar nüfuzunu qorumaq adı altında məhkəməyə verir. Lap yaxşı da eləyir. Amma gərək özünə rəva bilmədiyini başqasına da bilməyəsən”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov "facebook"dakı səhifəsində yazıb.

“Belə yol seçənlər, yəni hər şeyi məhkəmə müstəvisində həll etməyə cəhd göstərənlər öz ağızlarından çıxanlara da fikir versələr, yaxşı olardı. Məsələn, Mirşahin Ağayev anspress.com saytına açıqlamasında belə deyib: “Nuşirəvan Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa.. Məhz Xoşqədəm xanımla”.
İndi bu sözdən yapışıb onun özünü məhkəməyə vermək olarmı-olmazmı? Bu, böhtandımı, deyilmi? Şuranın, onun sədrinin hər hansısa aparıcı ilə nə işi var axı? Nə vaxtsa açıqlamalarımızda Xoşqədəmin, yaxud da hansısa başqa aparıcının adını çəkmişikmi? Yox. Biz hər dəfə demişik ki, qanun qarşısında cavabdeh olan yayımçı və onun məsul şəxsləridir, aparıcı yox.
Bunun müqabilində belə açıqlamasının onun özünün əleyhinə işləyə biləcəyini Mirşahin, yəqin ki, yaxşı bilir.

P.S. Şuranın iclasında daha sərt qərar verilməsin deyə muma dönmək, məqsədə nail olduqdan sonra isə aslana çevrilmək (əsib-coşmaq, sərt bəyanatlar vermək) müəyyən bir xarakterin göstəricisi olsa gərək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm