Qırmızı.az
"MilliÖN" qəpik qəbuluna başlayır

"Komtech" şirkətinin "MilliÖN" ödəniş terminalları
şəbəkəsində artıq qəpiklərin qəbuluna başlanılır.
Publika.az-ın "ictnews" xəbər xidmətinə istinadən
verdiyi xəbərə görə, şirkətin quraşdırdığı yeni terminallarda həm
əskinas, həm də qəpik qəbulu mümkün olacaq. Belə ki, terminallarda
10 qəpikdən yuxarı bütün qəpiklər qəbul ediləcək. Bununla yanaşı,
terminallarda "BakıKART"ın alınması və yüklənməsi mümkün olacaq. Bu
ilin sonuna kimi şirkət ona məxsus olan "MilliÖn" terminallarında
bank kartlarının qəbulu funksiyasını aktivləşdirəcək.
Şirkətdən PR menecri Ülviyyə Əfəndiyevanın "ictnews" xəbər
xidmətinə verdiyi məlumata əsasən, bu xidmət növü "MilliÖn"
terminallarının hamısında mövcuddur, lakin bu günədək funksiyaya
böyük tələbat olmadığına görə aktivləşdirilməyib.
"Biz artıq terminallarımızda kartlarını qəbul edəcəyimiz bankı
seçmişik və bu funksiyanın aktivləşdirilməsi istiqamətində işlər
aparırıq. Hazırda bizim terminal şəbəkəmizdə bankla birgə test
işləri aparılır və ümid edirik, bu ilin sonuna kimi artıq
istifadəçilər bu imkandan da yararlana biləcəklər".

-
Sosial09:46
DİN polisin ölümü ilə bağlı açıqlama yaydı - FOTO - (YENİLƏNDİ)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: maliyyə stabilliyi hər an pozula bilər
-
Avropa00:00
Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini AZAD ETDİ
-
MDB2 İyul 23:00
Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edildi
-
Region2 İyul 21:13
Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
-
Avropa2 İyul 19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin12 İyul 18:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial2 İyul 17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi