Qırmızı.az
Qalmaqallı “Azərbaycan dili” dərsliyinə TQDK mənfi rəy verdi
.jpg?v1659941924)
8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş “Azərbaycan dili” dərsliyi tələblərə tam cavab verməyib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumatda bildirilib ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən, yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış və bu tədris ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş “Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki maketi qurum tərəfindən qiymətləndirilib.
2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri
tərəfindən “Dərsliklərin qiymətləndirilməsi meyarları” əsasında
dərsliyin və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi,
dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil
edilərək rəy hazırlanıb.
TQDK-dan verilən məlumatda bildirilib ki, maketin qeyd edilən meyarlar üzrə tələblərə tam cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib.
Qeyd edək ki, 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş “Azərbaycan dili” dərsliyindəki tapşırıqların birində vulqar ifadələrin istifadə edilməsi ilə bağlı mətbuatda məlumat yayılmışdı.
Gülxar

-
Nida Xəbər 10:35
Ceyhun Bayramov Ankaraya getdi
-
Sosial10:16
Pensiyalar bu tarixdə veriləcək
-
Sosial10:08
Un və çörək bahalaşacaq - VİDEO
-
Nida Xəbər 09:40
MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ
-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ifrat yorğunluğa düçar olacaqsınız