• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,2307 0,00% RUB 0,0275 0,00%
election

Məcburi köçkün və qaçqınlara 28 mindən çox ev tikilib

Məcburi köçkün və qaçqınlara 28 mindən çox ev tikilib

Qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşdırma şəraitinin yaxşılaşdırılması üçün 2014-cü il Dövlət Neft Fondunun büdcəsindən 300 milyon manat vəsait ayrılıb.

Publika.az xəbər verir ki, 2001-2014-cü illər ərzində bu tədbirlərin maliyyələşdirilməsi üçün 1 757,8 milyon manat vəsait xərclənib. Ayrılmış vəsait hesabına 28 822 ailə üçün fərdi evlərdən ibarət 68 qəsəbə, çoxmərtəbəli binalar və bir çox sosial-infrastruktur obyektləri tikilib.

2014-cü ildə 6 qəsəbə və 3 məhəllədə 24 bina tikilərək 3 419 məcburi köçkün ailəsi fərdi ev və mənzillərlə təmin olunub. Bundan əlavə 8 məktəb, 1 musiqi məktəbi, 8 uşaq bağçası, 4 tibb məntəqəsi, 2 ambulatoriya, 6 icma mərkəzi, 7 inzibati bina, 1 yerli icra hakimiyyətinin binası, 6 rabitə qovşağı, 16 su artezian quyusu, 25 su anbarı, 11 nasos stansiyası, 109 yüksək gərginlikli iri və kiçik transformatorlar, 3 elektrik yarımstansiyası, 81 km avtomobil yolları, 120 km içməli su xətti, 264 km elektrik xəttləri, 101 km qaz xətti, 10 km kanalizasiya sistemi və 486 hektar ərazidə irriqasiya sistemi olan sosial-mədəni infrastruktur obyektlərinin tikintisi tamamlanıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR