Sərnişinlərin həyatı təhlükədə: Belə avtobus sürücüləri var - VİDEO
Bizi izləyin

Qırmızı.az

Sərnişinlərin həyatı təhlükədə: Belə avtobus sürücüləri var - VİDEO

Hər gün minlərlə insanın həyatı onlara əmanət edilir. Paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarının bəzi sürücülərinə isə nəinki sərnişinləri, heç avtobusun özünü də etibar etmək olmaz. Çünki avtobusun sükanı arxasında əyləşən 18-19 yaşlı bəzi gənclərin, ümumiyyətlə, heç bir sənədi olmur.

Vətəndaşlar yaşı az, təcrübəsi isə demək olar ki, olmayan gənc sürücülərin marşrut avtobuslarını necə gəldi idarə etməsindən şikayətçidir. İlk baxışda orta məktəbi yenicə bitirmiş təəssüratı yaradan belə təcrübəsiz sürücülərə hər gün minlərlə insanın canının necə əmanət edilməsi isə sual doğurur. Əslində isə avtobus sürücüləri necə gəldi yox, qanuni tələblərə əməl edilməklə seçilməlidirlər.

Bu isə o deməkdir ki, avtobusu idarə edən şəxsin yaşı minimum 21 olmalıdır. Bunu ayırd etmək üçün sual verməyə çalışdığımız sürücülərin bir qismi avtobusu sürüb uzaqlaşmaqla fikirlərini ifadə etdilər.

Yol polisinin keçirdiyi reydlərdə heç bir sənədi olmadan avtobus sürən gənclərin vaxtaşırı aşkar olunması bu problemin hər zaman mövcudluğunu ortaya qoyur.

Nəqliyyatın İntellektual İdaretmə Mərkəzinin rəsmisi Şəfa Mehmanqızının açıqlamasına görə, sürücünün peşəkarlığı və yaşından şübhəsi olan vətəndaşlar dərhal qurumun 141 qaynar xəttinə zəng vurub avtobusun xətt nömrəsi və dövlət nömrə nişanını məlumat verə bilərlər. Qanunsuz hal aşkar olunduqda isə həmin sürücülərə qarşı ciddi cəza tədbirləri həyata keçirə bilərlər.

Mütəxəssislər isə sərnişin daşıma xidməti göstərən şirkətlərin vətəndaş etimadını qazanmaq üçün sürücülərin kimliyi və bacarıqları haqqında məlumatların ictimailəşdirilməsini vacib hesab edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm