• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

DİQQƏT: SİZİ İNGİLİSCƏ SÖYÜRLƏR

DİQQƏT: SİZİ İNGİLİSCƏ SÖYÜRLƏR

Bakıda üzərində ingilis dilində əxlaqsız sözlərin yazıldığı köynəklər satılır.

Publika.az xəbər verir ki, sinəsində əxlaqsız ifadənin – “Fuck happens” sözlərinin yazıldığı qolsuz və qollu köynəklərin ölçüsünün kiçik olması bu geyimlərin əsasən gənclər və yeniyetmələr üçün nəzərdə tutulduğunu göstərir.

Təəssüf ki, artıq bu geyimlərdən istifadə edənlər var. Bir neçə məktəbli “Fuck happens” köynəkləri ilə şəhərdə gəzir. Onların bəzilərinin əllərində dəftər və kitabların olması bu yeniyetmələrin hətta bəzilərinin abituriyent olduqlarını göstərir.

Əməkdaşımız həmin gənclərdən birindən əynindəki köynəyin üzərinə yazılmış sözlərin mənasını bilib-bilmədiyini soruşub. Məktəbli həmin sözləri tərcümə edərək buna normal yanaşdığını deyib. Lakin köynəyi hansı geyim mağazasından aldığını deməkdən imtina edib.

Araşdırmamız zamanı məlum oldu ki, bu köynəklər Avropanın bir sıra ölkələrində geniş yayılıb.

Qeyd edək ki, bu yaxınlarda orta məktəblərdən birinin müəllimi də məktəbə üzərinə “Sex” yazılmış köynəklə gəlmişdi. Onun sosial şəbəkələrdə yayılmış fotosu geniş müzakirələrə yol açmış, narazılıqla qarşılanmışdı.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR