MTRŞ-dan "Ay Zaur" və "Məchulu tapın"la bağlı XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

MTRŞ-dan "Ay Zaur" və "Məchulu tapın"la bağlı XƏBƏRDARLIQ

Milli Televiziya və Radio Şurası (MTRŞ) daha bir verilişə görə ANS televiziyasına xəbərdarlıq edib.

MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov "Report"a açıqlamasında deyib ki, ANS-də yayımlanan "Məchulu tapın" proqramı reklamla məşğul olur: "Bu veriliş şuranın diqqət mərkəzindədir. Bu məsələ ilə bağlı telekanala şifahi xəbərdarlıq olunub".

Şöbə müdiri bildirib ki, Xəzər TV-də yayımlanan "Ay Zaur" verilişi yay ayları ərzində restoranlardan birinin reklamına xidmət edib. Onun sözlərinə görə, adı çəkilən proqram veriliş mahiyyəti kəsb etməyən material toplusu olub. T.Dadaşov əlavə edib ki, ümumiyyətlə telekanallarda yayımlanan bəzi musiqili-əyləncəli verilişlərdə bayağı musiqilər səslənir: "Bəzi musiqili verilişlərdə yüksək zövqə bağlı olmayan bayağı musiqilər səsləndirilir. Bəzi verilişlər, sadəcə, reklamla məşğul olur. Xəzər TV-də yayımlanan "Ay Zaur" proqramı yay ərzində restoran reklamı ilə məşğul olub".

Şöbə müdiri bildirib ki, MTRŞ verilişləri məzmununa görə dəyərləndirmək və qərar vermək səlahiyyətinə malikdir. O, qurumun efiri kompleks şəkildə izlənməsini həyata keçirəcəyini vurğulayıb: "Hesab edirik ki, tekenallar efirin sağlamlaşdırılması prosesində bizə kömək edəcək. Onların həm öz aralarında əməkdaşlığı, həm də MTRŞ ilə koordinasiya olunmuş şəkildə fəaliyyəti bu işdə irəli getməyimizə yardım edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm