ASAN “Baku Bus”la birgə layihəyə başladı
Bizi izləyin

Qırmızı.az

ASAN “Baku Bus”la birgə layihəyə başladı

“ASAN xidmət”, “ASAN Könüllüləri” və "Baku Bus” MMC birgə layihə çərçivəsində “Nəqliyyat bələdçisi” adlı yeni təşəbbüsə başlayıb.

Publika.az xəbər verir ki, layihənin əsas məqsədi qayda-qanunlara tam şəkildə riayət edən sürücülər və ictimai nəqliyyatda vətəndaş məsuliyyətini unutmayan sərnişinlərin köməyi ilə daha rahat və təhlükəsiz sərnişindaşımaya şərait yaratmaq, ictimai nəqliyyatda mövcud problemlərə diqqət çəkməkdən ibarətdir.

“ASAN xidmət” mərkəzlərinin cari və məzun könüllüləri ictimai nəqliyyatda innovativ texnologiyalarının tətbiqiylə nəqliyyat daşınmalarının keyfiyyətinin artırılması məqsədi ilə istifadəyə verilən "Baku Bus” avtobuslarına minmək və düşmək qaydaları ilə əlaqədar sərnişinləri maarifləndirəcəklər.

Belə ki, ictimai nəqliyyatda davranış qaydalarının təkmilləşdirilməsinə, onun səviyyəsinin yüksəldilməsinə dair təşəbbüslə çıxış edən gənclər sərnişinlərin maariflənməsinə yardım göstərmək məqsədi ilə bukletlər paylayacaq, müxtəlif flashmoblar keçirək və videoçarxlar hazırlayacaqlar.

Qeyd edək ki, layihədə 500-ə yaxın ASAN könüllüsünün “Gəlin, ictimai nəqliyyatdan düzgün istifadə edək” şüarı ilə iştirakı nəzərdə tutulur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm