Qırmızı.az
Yağış, külək - Sabahın hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq, şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağma ehtimalı var. Şimal küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 16-19, gündüz 22-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əcəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.
Qeyd edək ki, oktyabrın 2-si axşamdan oktyabrın 6-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular