Qırmızı.az
"Ölüm avtobusu"nun sürücüsü həbs edildi - onu 13 il həbs gözləyir

Sentyabrın 17-si Bakı-Sumqayıt yolunun Ceyranbatan su
anbarının yaxınlığında 3 nəfərin ölümünə, 10 nəfərin xəsarət
almasına səbəb olan avtobusun sürücüsü həbs
edilib.
Bunu ANS PRESS-ə Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi,
polis mayoru Cəsarət Bayramov deyib.
Onun sözlərinə görə, hadisəni törədən sürücü qəza vaxtı beyninə qan sızdığı üçün uzun müddət xəstəxanada müayinə edilib.
"Hazırda onun vəziyəti normal olduğu üçün 1988-ci il təvəllüdlü
Baloğlan Güloğlan oğlu Ağakişiyev Cinayət Məcəlləsinin 263-cü
maddəsi ilə təqsirləndirilərək barəsində Abşeron rayon Məhkəməsi
tərəfindən həbs qətimkan tədbiri seçilib".
Müstəntiqin sözlərinə görə, Baloğlan Ağakişiyev sürücülük
vəsiqəsində "d" kateqoriyası olmadan mikroavtobusu idarə etmə,
sükan arxasında yuxulama, sürət həddini aşmaya görə təqsirli
bilinir ki, belə olan halda ona, 10 ildən 13 ilə qədər həbs cəzası
verilə bilər. Sürücünün iki azyaşlı övladı var.
Bakı-Sumqayıt yolunun Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılmış, nəticədə 3 nəfər dünyasını dəyişmiş, 9 nəfər xəsarət almışdı. Yaralılardan iki nəfərin ayağını dəmir məhəccər qoparmışdı.
Hadisə baş verən zaman ilkin ehtimal olaraq yüksək sürət və
sürücünün sükan arxasında yuxulaması göstərilmişdi.

-
Avropa21:09
Serbiya Kosovoda hərbi əməliyyat keçirəcək? - Vuçiç ELAN ETDİ
-
Elm və təhsil19:37
Bağçalara işə qəbul üzrə test imtahanı BU TARİXDƏ keçiriləcək
-
Sosial19:16
Sabah bu rayonlarda qaz olmayacaq
-
Region19:07
“Novatek” Türkiyədən yardım umdu
-
Nida Xəbər 18:40
153 avtobus gecikir - BNA - SİYAHI
-
Dünya18:18
Antoniu Quterreş Ukraynaya gəldi
-
Nida Təhlil 16:58
İrəvanın iddiaları Kremlin XOŞUNA GƏLMƏYİB: Politoloq
-
Sosial16:42
Yoluxanların sayı 700-ü ötdü