Bu gün onların günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün onların günüdür

Bu gün Beynəlxalq Müəllimlər günüdür.

Publika.az xəbər verir ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər günü kimi təsis edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb.

Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutulub.

Hazırda dünyanın 100-dən çox ölkəsində, həmçinin bizdə də bu gün müəllimlər öz peşə bayramını qeyd edirlər.

Hazırda Azərbaycanın ümumtəhsil sistemində 151 mindən çox müəllim çalışır.

Artıq 3 ildir müəllimlərin işə qəbulu imtahanla keçirilir. Bu il müsabiqədə 20 min nəfərdən çox namizəd iştirak edib. Müsabiqədə iştirak etmək üçün 3462 vakant yerə ərizə verən 18574 nəfər imtahanda iştirak edib. Onlardan 2233 nəfər işə qəbul edilib və 1589 nəfərə (71%) həvəsləndirmə tədbirləri tətbiq olunub.

Qeyd edək ki, hər il müəllimlər günü ərəfəsində bir qrup müəllim təltif edilir. Bu il də 5 Oktyabr - Beynəlxalq Müəllimlər günü ilə əlaqədar Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup müəllimə fəxri adlar və “Tərəqqi” medalı verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm