• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

Tikintiyə icazə şərtləri dəyişdirildi

Tikintiyə icazə şərtləri dəyişdirildi

“Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nda dəyişiklik edilib.

Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib. Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısında 2 şərt qeyd olunub. Onlardan birincisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda həmin tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır.

İkinci şərt isə tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhatə dairəsində yerləşən daşınmaz tarixi və mədəniyyət abidələrinə onların dayanıqlılığı və möhkəmliyi, fiziki-mexaniki və fiziki-kimyəvi baxımdan həmin tikinti işlərinin mənfi təsiri müəyyən edildiyi hallarda abidələrin qorunması üçün əsaslandırılmış əlavə tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Dəyişiklikdən sonra tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhatə dairəsində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinə onların dayanıqlılığı və möhkəmliyi, fiziki-mexaniki və fiziki-kimyəvi baxımdan həmin tikinti işlərinin mənfi təsiri müəyyən edildiyi hallarda abidələrin qorunması üçün əsaslandırılmış əlavə tədbirləri Mədəniyyət və Turizm Nazirliyi həyata keçirəcəyi göstərilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR