Qırmızı.az
Gələn ildən müəllimlərin maaşları artırılacaq
Gələn ildən Azərbaycanın 12 rayon və şəhərinin müəllimlərinin maaşları artırılacaq. Bu ilin sonuna kimi Azərbaycanın daha 12 rayon və şəhərində müəllimlərin bilik və bacarıqlarının sınaq qiymətləndirilməsi aparılacaq.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
Onun sözlərinə görə, bu ərazilər Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı, Sabirabaddır: "Artıq bununla bağlı Təhsil Nazirliyində layihə hazırlanır. Hazırda texniki işlər aparılır. Buna görə də hansı rayon və ya şəhərdən ilk olaraq bu işə başlanılacağı hələ müəyyənləşdirilməyib. Amma ilin sonuna kimi adları çəkilən bu ərazilərin hamısında sınaq qiymətləndirilmə aparılacaq. Proses təxminən 35-40 min müəllimi əhatə edəcək".
İ.Nağıyev əlavə edib ki, sınaq qiymətləndirmənin aparılacağı 12 rayon və şəhərin müəllimlərinin əmək haqları gələn ilin yanvarından bu qiymətləndirmənin nəticələri nəzərə alınmaqla hesablanacaq.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!