Goranboy da su altında qaldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Goranboy da su altında qaldı - FOTOLAR

Gecə saatlarında Goranboy rayonu ərazisinə yağan yağış fəsadlara yol açıb.

Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, sel suları, əsasən, rayonun dağlıq kəndlərində və çay kənarında yerləşən evlərə ziyan vurub.

Bir necə saat davam edən leysan xarakterli yağış rayonun Ağcakənd qəsəbəsinə, Yenikənd, Qaraçinar, Səfikürd, Qızılhacılı kəndlərinə ziyan vurub. Leysan suları adıçəkilən yaşayış məntəqlərində evlərin zirzəmisinə, tövlələrə dolub. Kənd təsərrüfatına ciddi ziyan dəyib, əkin sahələri yararsız hala düşüb. Rayon mərkəzi ilə Ağcakənd qəsəbəsini birləşdirən yolun bir neçə hissəsi dağılıb, körpülər keçilməz vəziyyətə düşüb.

Ötən gün Goranboy rayonu ərazisinə yağan yağış Murovdağ çayında suyun səviyyəsinin həddindən artıq çoxalmasına səbəb olub. Bu da çayın sağ və sol hissəsində yerləşən evlərə, iaşə obyektlərinə və əkin sahələrinə ciddi ziyan vurub.

Goranboy rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hazırda aidiyyəti qurumlar baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılıması istiqamətində iş aparır. Rayonun 10-dan çox kəndinə dəyən ziyanın məbləği hesablanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm