Qırmızı.az
Bakı qeydiyyatı olmayan avtomobillərə sanksiya tətbiq oluna bilər
Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta buraxılmaması ilə bağlı qərarın icrası qüsurlu həyata keçirilir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov deyib.
Onun sözlərinə görə, rayon qeydiyyatlı avtomobillər müxtəlif yollardan istifadə edərək Bakıya maneəsiz daxil ola bilir: "Yalnız avtomobillərin nömrələrinə baxmaq sözügedən qərara formal yanaşmaqdır. Bəlkə nömrə avtomobilin üzərinə düz qoyulmayıb. Mənə məlum olan informasiyalara görə, Bakı qeydiyyatında olmayan bəzi avtomobillər paytaxta məhdudiyyətsiz daxil ola bilir. Onlar mərkəzi, şose yolundan deyil, yanaşı yollardan istifadə edərək Bakıya daxil olurlar. Avtomobillər dairəvi yoldan Bakının kəndlərinə, oradan da şəhərin mərkəzi hissələrinə daxil olurlar. Qərarın icrası mükəmməl deyil. Əgər avtomobil Bakı qeydiyyatında deyilsə, həmin nəqliyyat vasitəsi paytaxta buraxılmamalıdır”.
Rayon qeydiyyatında olan avtomobillərin Bakıya daxil olmasının qarşısını almaq üçün sanksiyaların tətbiqinin vacibliyini vurğulayan millət vəkili hesab edir ki, bu, gələcəyin işidir: “İnsanlar qanunu sistematik pozduqları halda qanun işləmir. Bu halda qanun sərtləşdirilməlidir. Bakı şəhərinin giriş və çıxışlarında duracaqların qurulması effekt vermir. Bunun qarşısını almaq üçün gələcəkdə sanksiyalar tətbiq olunmalıdır".
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı