Qırmızı.az
Lənkəranda 4 övlad atasının meyiti tapıldı - FOTOLAR
Lənkəran şəhərində kişi meyiti tapılıb.
Bu gün səhər saat 9 radələrində Lənkəran şəhərində, Peşə
Liseyinin yaxınlığında naməlum kişi meyiti aşkarlanıb. Dərhal
hadisə yerinə hüquq - mühafizə orqanlarının əməkdaşları cəlb
olunub. Araşdırma nəticəsində məlum olub ki, meyiti tapılan şəxs,
Lənkəran şəhər sakini, 54 yaşlı İlham Algül oğlu İbrahimovdur. Onun
yanında şpris də aşkarlanıb. Meyitə ilkin baxış zamanı, üzərində
hər hansı bir zorakılıq əlamətləri müəyyən edilməyib.
Meyit daxili və xarici müayinə olunmaq üçün Məhkəmə - Tibbi
ekspertiza və Patoloji anatomiya birliyinin Lənkəran şəhər şöbəsinə
aparılıb. Ölümün dəqiq səbəbləri ekspertizadan sonra
açıqlanacaq.
Qeyd edək ki, Lənkəran şəhərinin Hacı Zeynalabdin Tağıyev küçəsi
105 ünvanında yaşayan mərhum İlham İbrahimovun 4 uşaq atası olduğu
bildirilir.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalar aparılır.
/anspress/
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR