DAAD Bakı Mərkəzinin direktoru tələbələrə seminar keçdi
Bizi izləyin

Qırmızı.az

DAAD Bakı Mərkəzinin direktoru tələbələrə seminar keçdi

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Mərkəzinin direktoru Setfani Dufkas, Qafqaz universitetinin tələbə və müəllim heyətilə görüşüb.

Univeristetdən Publika.az-a verilən məlumata görə, tədbir Almaniyada magistratura təhsili, yay məktəbi və dil kursu, tədqiqat mərkəzləri DAAD-ın mübadilə proqramları mözusunu əhatə edir. Xanım Stefanı Almaniyada təhsil almağın yollarından və üstünlüklərindən söz açıb: “Mən burada sizinlə ingiliscə danışıram. Ancaq siz Almaniyada oxumağa getsəniz, Almanca danışacaqsınız. Alman dilini bilmədiyinizə görə qorxmayın. Siz getdiyiniz ilk ilinizdə, ingilis dilinin köməyi ilə alman dilini öyrənəcəksiniz”. Sözlərini bitirdikdən sonra xanım Stefani tələbələrin suallarını cavablandırıb. Stefanı Dufkas tələbələrin Almaniyada oxuması üçün elədə çox sənədin tələb olunmadığını və bu prosessdə tələbələrə hər cür yardım göstərəcəyini bildirib.

Sonda Qafqaz Universitetinin tələbə və müəllim heyətinə təşəkkür edən xanım Stefani Dufkas tədbir iştirakçılarına, DAAD proqramının əlaqələrini və Bakıdakı ofisin telefon və ünvanını təqdim etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm