IV İslam Həmrəyliyi Oyunlarına görə qərargah yaradılıb
Bizi izləyin

Qırmızı.az

IV İslam Həmrəyliyi Oyunlarına görə qərargah yaradılıb

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi haqqında əmr imzalayıb.



Publika.az xəbər verir ki, əmr IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi və Oyunların keçiriləcəyi stadion, arena, idman mərkəzlərinin keyfiyyətli, fasiləsiz və dayanıqlı telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədi ilə imzalanıb.

Əmrə əsasən, nazirin rəhbərliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə və müəssisələrinin, habelə, yerli İT şirkətlərinin və mobil rabitə operatorlarının rəhbərlərinin təmsil olunduğu qərargah yaradılıb.


Qərargah oyunlar keçiriləcək obyektlərin və digər əlaqəli məkanların zəruri telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin olunması üçün Təşkilat Komitəsinin tələbatına uyğun tədbirlərin görülməsini həyata keçirəcək.

Eyni zamanda, oyunların keçirilməsinin təşkili üçün tələb olunan radiotezliklərin ayrılması, işlərin gedişatı barədə operativ və mütəmadi məlumatların hazırlanaraq nazirə məruzə edilməsi, texniki təkliflərin hazırlanması, məsləhətləşmələrin aparılması məqsədilə zərurət yarandığı təqdirdə, birlik və müəssisələrdən mütəxəssis və əlavə ekspertlər cəlb edilməsinin təmini Qərargahın öhdəliklərinə daxildir.

Bundan başqa, Oyunların telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi üçün texniki təkliflərin hazırlanması, aidiyyəti üzrə müzakirə edilməsinin təşkili, qərargaha operativ məlumatların və təkliflərin verilməsi, telekommunikasiya sahəsində olan digər icraçılarla əlaqənin yaradılması məqsədi ilə əlaqələndirici işçi qrupu da təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm