Təhsil idarəsi direktorlar üçün müsabiqə elan edib
Bizi izləyin

Qırmızı.az

Təhsil idarəsi direktorlar üçün müsabiqə elan edib

Təhsil Nazirliyi Qafqaz Universiteti ilə birgə məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edib.

Publika.az xəbər verir ki, təlimlər təhsilin keyfiyyətli idarə edilməsi, təhsili idarəetmənin hüquqi əsasları, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsilin idarə edilməsi və monitorinqi, təhsili idarəetmənin psixoloji əsasları, kurikulum: Nəzəriyyə və tətbiq, təhsildə maliyyənin idarəolunması daxildir.

Müsabiqədə iştirak edənlərin ali pedaqoji təhsili və 5 (beş) il pedaqoji iş təcrübəsi olmalıdır. Müraciətlər üçün son tarix oktyabrın 25-dir.

Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına ([email protected]) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq təlimlərə 50 nəfərin seçimi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm