Bu rayonda ali məktəbə daxil olanların 70%-i qızlardır
Bizi izləyin

Qırmızı.az

Bu rayonda ali məktəbə daxil olanların 70%-i qızlardır

Qax məktəbliləri “İşıqlı gələcək üçün oxu” – qızları təhsilə çağırış fləşmobu keçiriblər.
Fləşmobun keçirilməsində məqsəd Azərbaycanda təhsildən kənarda qalan və yaxud orta məktəbdən erkən ayrılan qızlara çağırış etmək olub.

Publika.az xəbər verir ki, fləşmob “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində keçirilib.

"İşıqlı gələcək üçün oxu" və “Oxu” şüarları altında keçirilən fləşmoba Qax şəhər 2 saylı, Qax rayon İbaxlı və Qaratala kənd orta məktəbləri qatılıblar.

Məktəblilər bu fləşmoba qatılmaqla respublikadakı qız yaşıdlarına təhsillərini yarımçıq qoymamaq, öz işıqlı gələcəklərini qurmaq üçün oxumaq mesajını veriblər.

QLUİB sözügedən fləşmob üçün ona görə Qax məktəblərini seçib ki, bu rayon respublikada təhsil sahəsində qabaqcıl yerlərdən birini tutur və burada qızların orta təhsildən yayınma halları 0%-ə yaxındır. Eyni zamanda Qax məktəblərinin məzunlarının ali məktəblərə ümumilikdə qəbul faizi respublika üzrə ən yüksək göstəricilər sırasındadır. Hər il ali məktəblərə qəbul olunanların təqribən 65-70%-i qızlar olur. Bu rayonda qızların erkən yaşda nikaha girmə faizi yox dərəcəsindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm