Qırmızı.az
"Azercell"in Barama mərkəzi PAŞA Bank ilə əməkdaşlıq memorandumu imzalayır
Texnoloji innovasiyaların hakim olduğu bir zamanda Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq mərkəzi maraqlı layihələr həyata keçirməkdə davam edir. 2009-cu ildən fəaliyyətə başlayan Barama Mərkəzi ölkəmizdə yerli startap-ların üzə çıxmasına yardımçı olaraq, gənclər arasında həm texnoloji savadın, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır. Mərkəz bazarda innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökumət Təşkilatları ilə də əməkdaşlıq edir.
Sevindirici haldır ki, Azercell-in Barama mərkəzi bu sahədə ölkənin aparıcı banklarından biri olan PAŞA Bank ilə əməkdaşlıq memorandumu imzalayıb. Hər iki şirkət üçün layihənin əsas məqsədi Azərbaycanda İKT və qeyri-neft sektorunun inkişafına dəstək olaraq fərdi sahibkarlığın artmasına və güclənməsinə yol açmaqdır.
Xatırladaq ki, Azercell-in Barama Mərkəzi PAŞA Bank-la artıq ötən yay Bakıda keçirilmiş "Seedstars World" müsabiqəsində də əməkdaşlıq edib. Qeyd edək ki, PAŞA Bank Azərbaycan bank sistemində təşkilati strukturunda peşəkar iqtisadçı komandası olan nüfuzlu və etibarlı bankdır. Ölkədə bankçılığın, bu sahəyə aid texnologiyaların, eləcə də orta və kiçik biznesin inkişafı PAŞA Bankın üçün də strateji əhəmiyyət kəsb edən məsələlər sırasındadır.
Bu baxımdan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi
iki nüfuzlu şirkətin məqsəd və maraqlarının qarşılaşdığı bir layihə
olaraq, gələcəkdə uğurlu biznes əməkdaşlığı üçün mükəmməl imkanlar
yaradır.
Daha ətraflı məlumat üçün [email protected]
ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin
ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra
innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq,
Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə
mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi,
tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron
xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı
payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə
edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon
nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə
4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft
sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində
fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və
27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir
hissəsidir.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO