Bakını “bəzəyənlər”... Meriya yığışdırır, onlar yapışdırır - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakını “bəzəyənlər”... Meriya yığışdırır, onlar yapışdırır - FOTOLAR

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi vətəndaşlar dayanacaqlara, binaların fasadlarına bildiriş, elan yapışdırılması ilə bağlı qadağalara dırnaqarası baxırlar.

Ev alğı-satqısı ilə məşğul olanlar, torpaq satanlar, müxtəlif kurslar açanlar öz elanlarını çatdırmaq üçün xüsusi təbliğat lövhələrini deyil, dayanacaqları, fasadları seçirlər. Paytaxtın bəzi mərkəzi yerlərində buna müəyyən qədər əməl olunsa da, kənar qəsəbələrdə bu qadağaya məhəl qoyulmur. Suraxanı, Qaradağ rayonlarının bir sıra qəsəbələrində, dıqqətdən kənar ərazilərdə belə hallara daha çox rast gəlinir.

Məsələn, bu gün Suraxanı rayonu ərazisindəki dayanacaqlardan birində çəkilən şəkil buna bariz nümunədir.

Publika.az məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarovla əlaqə saxlayıb.

B.Barxudarov belə hallara Suraxanı ərazisində rast gəlindiyini etiraf etsə də, bunun kütləvi xarakter daşımadığını söylədi: “Yalnız dayanacaqlara deyil, eyni zamanda yaşayış və məktəb binalarına müxtəlif cür elanlar, bildirişlər yapışdırırlar. Bu cür halların qarşısını almaq üçün qəsəbə nümayəndələri yerlərdə maarifləndirmə işləri aparır və buna rayonumuzda yetərincə nail olunub. Yenə də ərazimizdə belə hallara rast gəldikdə əməkdaşlarımız tərəfindən dərhal müdaxilə olunur, yapışdırılmış elanlar qoparılaraq yerləri təmizlənir”.

Şöbə müdiri belə hallarda cərimə tətbiq edilməsi məsələsinin Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olduğunu bildirib.

Cərimə öz yerində. Amma bir şey də var... Vətəndaşlar nəzərə almalıdırlar ki, elanları və bu kimi bildirişləri müxtəlif binalara, dayanacaqlara yapışdırdıqca şəhərimiz heç də ürəkaçan görüntüyə sahib olmur. Şəhərimizin gözəlliyini qorumaq onu idarə edən məsul şəxslərlə yanaşı, sakinlərin də öhdəsinə düşür.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm