Avtovağzaldakı sürüşmə özünü göstərdi: Bakıda güclü tıxac var
Bizi izləyin

Qırmızı.az

Avtovağzaldakı sürüşmə özünü göstərdi: Bakıda güclü tıxac var

Bakının bəzi küçələrində avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.

Publika.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda Akademik Həsən Əliyev, Xudu Məmmədov, Sakit Qocayev, Molla Pənah Vaqif küçəsi - Fətəli Xan Xoyski prospekti, Azadlıq prospekti və Bakı-Sumqayıt şosesində güclü tıxac müşahidə olunur.

Ən böyük tıxac isə Bakının şimal girişində yaranıb. NİİM-dən verilən məlumata görə, tıxaca səbəb Bakı Beynəlxalq Avtovağzalının həm içərisi, həm də Bakı-Sumqayıt yolunun bir hissəsində müşahidə olunan çöküntüdür. Ərazidə çökmə ilə əlaqədar avtovağzalın qarşısı bağlanıb və yol daraldığından böyük tıxac yaranıb.

Yolların asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın yaxınlığı, Nəriman Nərimanov pr. (N.Nərimanov heykəlinin qarşısı), və Mikayıl Müşfiq küçəsi , Parlament prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm