Sərnişinlərə xoş xəbər: 20 saylı avtobus xəttə qaytarıldı
Bizi izləyin

Qırmızı.az

Sərnişinlərə xoş xəbər: 20 saylı avtobus xəttə qaytarıldı

Bu gündən 20 saylı marşrut avtobusu işə salınır.

Bu barədə Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Məlumatda bildirilir ki, sakinlərin çoxsaylı xahişini nəzərə alaraq, oktyabrın 8-dən 20 saylı marşrut avtobusu fəaliyyətə başlayacaq.

Marşrut avtobusunun hərəkət cədvəli “Qara Qarayev” metro stansiyası, Ziya Bünyadov prospektini keçməklə avtovağzala qədər olacaq.

Əsas məqsəd sərnişindaşıma sahəsində sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi və eyni zamanda sərnişinlərin rahatlığını təmin etməkdir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm