"Əlindən tutdum, dedim, qalx ayağa" - Hüseyn Dəryanın qızı hamını ağlatdı
Bizi izləyin

Qırmızı.az

"Əlindən tutdum, dedim, qalx ayağa" - Hüseyn Dəryanın qızı hamını ağlatdı

Ötən axşam qəzaya uğrayan və bu gün səhər saatlarında vəfat edən məşhur rep ifaçısı Hüseyn Dəryanın qızı danışıb.

Ötən axşam qəzaya uğrayan və bu gün səhər saatlarında vəfat edən məşhur rep ifaçısı Hüseyn Dəryanın qızı danışıb.


İfaçının ilk nikahından olan və Rusiyada yaşayan qızı Ayşə Muradova atasının son dəqiqələrindən bəhs edib:

"Biz Moskvada olanda atam tez-tez zəng vururdu, bizə deyirdi gəl Bakıya. Səni görmək istəyirəm, darıxmışam. Dünən axşam anamla Bakıya gəldim. Atamı görmək istəyirdim. Evdə oturmuşduq. Axşam zəng vurub dedilər ki, atam qəzaya düşüb, xəstəxanaya aparıblar".

Gecə saat 3 radələrində anası Seva xanım ilə bərabər xəstəxanaya yollanan Ayşə atasını qucaqlayıb, onun ayağa qalxmasını istədiyini bildirib:

"Əlindən tutdum. Dedim, qalx ayağa, gəlmişəm sənin yanına. Gözünü aça bilmədi. Amma dərindən nəfəs almağa çalışırdı. Gördüm ki, səsimə reaksiya verdi. Sonra isə həkimlər gəldi. Bizi anamla bayıra çıxardı. Dedi yanında durmaq olmaz". Balaca Ayşənin bir cümləsi isə hər kəsi göz yaşına boğub: "Mən bilirəm atam cənnətə getdi, oradan mənə baxacaq".

anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm