UNİBANK-dan yanğınsöndürənlərə xüsusi hədiyyə
Bizi izləyin

Qırmızı.az

UNİBANK-dan yanğınsöndürənlərə xüsusi hədiyyə

İnsanların həyatını alovun cəngindən xilas etmək - onların şərəfli missiyasıdır. Unibank bu fədakar peşə sahiblərinin- yanğınsöndürənlərin peşə bayramını xüsusi kampaniya ilə təbrik edir. Oktyabrın 7-dən 14-dək davam edən kampaniya çərçivəsində yanğınsöndürənlər üçün ALBALI PLUS kartları pulsuz olacaq. Kampaniya müddətində Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları bank filiallarına pulsuz ALBALI PLUS kartı və nağd kredit üçün müraciət edə bilər. Hazırda bankda 10.000 AZN-dək nağd kredit cəmi 1%-lik komissiya ilə rəsmiləşdirilir. Manat kreditləri 36 ayadək müddətə verilir.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm