Qırmızı.az
Rayon qadağası məcburi köçkünlərə şamil olunmur - DYP
Baş Dövlət Yol Polisi İdarəsi məcburi köçkünlərə məxsus nəqliyyat vasitələrinin paytaxta buraxılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, idarənin
ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya
açıqlamasında bildirib ki, rayon qeydiyyatında olan minik
avtomobillərinin Bakıya buraxılmasına qoyulmuş qadağa məcburi
köçkünlərə şamil edilmir: “Bakı qeydiyyatında olan məcburi
köçkünlərin avtomobillərinin paytaxta buraxılmasında heç bir
məhdudiyyət yoxdur. Məlum qərar onlara şamil edilmir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi
Komissiyasının qərarına əsasən yük və rayon qeydiyyatında olan
minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına
dair fərqli qrafik müəyyənləşdirilib.
Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək
səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon
qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmır, yük və
rayon qeydiyyatında olan minik avtomobilləri axşam saat 22:00-dan
səhər saat 7:00-a qədər şəhərə daxil ola bilər.
Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB