Azəryolservis payız-qış mövsümünə başladı – FOTO
Bizi izləyin

Qırmızı.az

Azəryolservis payız-qış mövsümünə başladı – FOTO

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə hazırlanan tədbirlər planına uyğun olaraq işlər aparılır.

Qurumdan Publika.az-a verilən məlumata görə, bu işlər çərçivəsində Heydər Əliyev prospektinin “Sabunçu yol qovşağı”ndan (Komsomol dairəsi) Bakıxanov qəsəbəsinə gedən yolda səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qurulmasına işlərinə start verilib.

Yağış-kanalizasiya sisteminin qurulması üçün yolun kənarı 1,5-3,5 metr dərinlikdə qazılıb. Səth sularının normal axıdılması üçün 400 millimetr diametrlik borudan istifadə olunur, hər 25-30 metrdən bir kanalizasiya quyuları qoyulur. Bundan sonra qazılan ərazinin üstü bərkidilərək, asfaltlanacaq və quyuların üzərinə yağış barmaqlıqları qoyulacaq.

Məlumatda bildirilir ki, işlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır. Yaranmış müvəqqəti narahatçılığa görə, cəmiyyət vətəndaşlardan üzr istəyir.

Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi olmadığı üçün həm yağış yağarkən, həm də yolun kənarlarındakı yaşıllıq suvarılarkən axıdılan su yolun hərəkət hissəsinə yığılırdı. Bu isə həm nəqliyyat vasitələrinin hərəkətinə mane olurdu, həm də yolun asfalt-beton örtüyünün yuyulmasına səbəb olurdu.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm