Qubaya sulu qar, Qusara qar yağdı
Bizi izləyin

Qırmızı.az

Qubaya sulu qar, Qusara qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 8-i gündüzdən 9-u səhərədək müşahidə olunmuş faktiki hava barədə açıqlama yayıb.

Departamentdən Publika.az-a verilən məlumata görə, ölkə ərazisində oktyabrın 8-i gündüzdən 9-u səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub.

Qubanın dağlıq ərazilərində sulu qar, Qusarın Ləzə kəndinə qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

Havanın temperaturu oktyabrın 8-də günün ikinci yarısından başlayaraq tədricən aşağı enib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm