Qırmızı.az
Azərbaycanın doğum evlərində yenilik

Azərbaycanın bəzi doğum evlərində yeni metodika tətbiq olunacaq.
Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Respublika Perinatal Mərkəzində, Bakı və Sumqayıt şəhərlərinin seçilmiş doğum evlərində “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası”nın (Near-Mıss Case Revıew metodikası) sınaqdan keçirilməsi planlaşdırılır.
Əksər inkişaf etmiş ölkələrdə həmin ağırlaşmaların araşdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış “Near-Mıss Case Revıew” metodikası tətbiq olunur. Azərbaycanda bu metodikanın tətbiqi üzrə ilk məlumatlandırıcı görüşlər 2015-ci il sentyabrın 28-də və oktyabrın 2-də İSİM-də təşkil olunub. Seminar ÜST-nin dəvət olunmuş beynəlxalq təlimçiləri Qelmüs Şüpşinskas və Kanat Suxanberdiyev tərəfindən keçirilib. Seminarda Abşeron Mərkəzi Rayon Xəstəxanasının və Bakı şəhərinin seçilmiş doğum evləri, eləcə də xəstəxanalarının doğum şöbələrinin rəhbərləri və multidistiplinar komandaları iştirak ediblər. Seminarın keçirilməsində məqsəd səhiyyənin təşkili səviyyəsində mamalıq praktikasında kritik hadisələrin auditini tətbiq etmək üçün ana və uşaq sağlamlığının mühafizəsi sahəsində mütəxəssislərin potensialının gücləndirilməsi olub.
Gülnar

-
Region13:54
Ərdoğan qazandı: ABŞ bu “məkrli plan”ı işə salır
-
Magazin113:30
Nigar ikinci dəfə ana olacaq: "Bu möcüzənin uzun hekayəsi var və..." - FOTO
-
Cənubi Qafqaz12:52
Paşinyan Moskva görüşündən narazıdır - Rusiyanı ittiham etdi
-
Ekologiya12:28
Sabaha olan hava PROQNOZU - 36 dərəcə isti
-
İdman11:46
Qurban Qurbanovun ailəsinin çempionluq FOTOSU
-
Dünya11:39
Məşhurlar Ərdoğanı belə təbrik edir: Ömrümdən 40 il sənin olsun, rəis
-
Magazin111:08
"Birinci dəfə ailə həyatı quranda..." - Roza Zərgərli
-
İdman10:30
Ramil Şeydayevlə Qurban Qurbanov belə vidalaşadı - TƏSİRLİ ANLARIN VİDEOSU