Qırmızı.az
ANS-MTRŞ məhkəməsi - İddia təmin edilmədi
Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Teleradio
Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası
əsasında məhkəmə prosesi başlayıb.
Hakim Müseyib Bayramovun sədrlik etdiyi iclasda MTRŞ-nin ANS
telekanalında yayımlanan “Salam, Azərbaycan” verilişinin
qapadılması barədə oktyabrın 5-də çıxardığı qərardan verdiyi
iddiaya baxılıb.
ANS-in nümayəndəsi, vəkil Muxtar Mustafayev çıxış edərək
bildirib ki, həmin qərarla ANS telekanalında yayımlanan “Salam,
Azərbaycan” verilişinin yayımı 10 gün müddətinə dayandırılıb və
teleşirkətə maddi ziyan dəyib: “Vətəndaşlar həmin verilişə
baxırdılar, bu qərar düzgün deyil. Verilişin efirə getməməsi həm də
şirkətin reytinqini aşağı salır”.
MTRŞ nümayəndəsi Toğrul Məmmədov isə qərarın qanuni əsaslarla
çıxarıldığını deyib və bildirib ki, ANS-in qaldırdığı iddianın heç
bir perspektivi yoxdur: “Bizim qərar onların islah olunması üçün
verilib. Şura daha sərt qərar verə bilərdi, amma humanist davranıb
ki, şirkətə daha çox ziyan dəyməsin”.
Daha sonra məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra qərardad elan olunub. Qərardada əsasən, iddia
təmin edilməyib.
Qeyd edək ki, sentyabrın 30-da MTRŞ-nın iclası keçirilib. Həmin
iclasda ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı
haqqında” qanunun tələblərinin pozulması faktı üzrə inzibati
icraata baxılıb. Həmin iclasda ANS televiziyasının efirində həftə
ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar
ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü
08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının
yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün
müddətinə dayandırılması barədə də qərar qəbul edilib.
“ANS” Teleradio Şirkəti MTRŞ tərəfindən verilən qərarın qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. (APA)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial23 Aprel 21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO