Qırmızı.az
“Avropa böyük böhran dövrünün stresini yaşayır”

25 il bundan öncə Berlin divarının sökülməsi Avropadakı dəyişikliklərin əsasını qoydu və Avropa hələ də böyük böhran dövrünün maliyyə, həmçinin iqtisadi gərginliyin stresini yaşayır.
Publika.az xəbər verir ki, bu barədə Sofiyada iyirmi iki siyasi liderin iştirak etdiyi iki günlük konfransda qəbul olunan deklarasiyada qeyd olunub.
Deklarasiya müəllifləri hesab edir ki, BMT və Avropa İttifaqı, eləcə də regional aktyorların da daxil olduğu beynəlxalq cəmiyyət əsas münaqişələrin öhdəsindən gəlməkdə və onların nəticələrinin aradan qaldırılmasında acizdir:
“XXI əsrin problemləri milli maraqlar və qısamüddətli böhranlarla yaddaqalan XX əsr yanaşmaları ilə həll edilə bilməz. Bunun əvəzinə, beynəlxalq ictimaiyyət konfliktlər və onların kökündə duran əsas səbəbləri aradan qaldırılması üçün siyasi iradə və öhdəliklərini səfərbər etməlidir. Avropa əsas dəyərlərə dair açıq debatlara ehtiyac duyur, həmçinin, adekvat siyasi həll yolları tapmaq üçün Cənubi Aralıq dənizi və Yaxın Şərqdəki konfliktlərin konstruktiv həllinə şərait yaradan müştərək dəyərlərə önəm verməlidir”.
Konfransda çıxış edən liderlər dünya ictimaiyyətini ağır itkilərlə nəticələnən II Dünya müharibəsi və Balkan müharibələrinin acı nəticələrini unutmamağa çağırıb və bildirib ki, hazırkı qaçqın böhranı şəraitində qaçqınlar sığınacaqla təmin edilməli, onların təhlükəsiz şəraitdə öz doğma ölkələrinə qayıtmasına qədər qayğı göstərilməlidir.
Sənəddə münaqişəli bölgələrdəki vəziyyət, Avropa dövlətlərindəki tolerantlıq sahəsində əldə olunmuş uğurlara da toxunulub.
Qeyd edək ki, konfrans Bolqarıstan Prezidentinin himayəsi altında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Konfransda üç ölkənin hazırkı dövlət başçısı - Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Makedoniya Prezidenti George İvanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, həmçinin Latviya, Macarıstan, Rumıniya, Serbiya, Albaniya, Moldova, Polşa, Slovakiya, Ukrayna, Belarusun sabiq dövlət və hökumət başçıları iştirak edib. Tədbirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, eyni zamanda mərkəzin Qəyyumlar Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da qatılıb.

-
ABŞ8 Avqust 22:48
ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi paket ayırdı - SİYAHI
-
Magazin28 Avqust 22:24
Məşhur aktyor serial çəkilişi zamanı ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
Region8 Avqust 21:00
Ərdoğandan yeni əməliyyat ANONSU: "Halqaları tezliklə birləşdirəcəyik" - FOTO
-
Dünya8 Avqust 20:48
ŞOK ARAŞDIRMA: bu kosmik obyekt Yerə düşüb
-
Cənubi Qafqaz8 Avqust 20:13
Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ
-
Nida Xəbər 8 Avqust 20:00
Bayramov hədəflərdən danışdı: "Azərbaycan və Türkiyənin..."
-
Ekologiya8 Avqust 19:12
Yaxın 3 gün ərzində hava necə olacaq?
-
Nida Xəbər 8 Avqust 18:53
Rəsmi qurumlara, banklara kiberhücumlar oldu