Əlibəylidə bir gün - VİDEOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Əlibəylidə bir gün - VİDEOREPORTAJ

Tovuzun Ermənistanla həmsərhəd kəndlərindən olan Əlibəyli hər gün düşmən ordusununun intensiv atəşinə məruz qalır.Cəbhədə təxribat əməllərindən əl çəkməyən Ermənistan ordusunun hədəfi hər zaman dinc sakinlər olur. Azərbaycan ordusuna, hərbçilərimizə güvənən Əlibəyli sakinləri düşmənin bütün hiylələrinə baxmayaraq həyatlarını davam etdirir.Bir gününü Əlibəylidə keçirən əməkdaşımız Cümşüd Bayramlı onların gündəlik həyatını müşahidə edib.

Bura adını demək olar ki, hər gün atəşkəsin pozulduğu xəbərlərdə eşitdiyimiz Əlibəyli kəndidir.Kənddən düşmən ordusunun mövqeləri açıq-aydın görünür. Əlibəyli ilə sərhəddə Ermənistan postları yerləşsə də, buradan ordumuzun mövqeləri yox, dinc sakinlər atəşə tutulur. Yaşayış məntəqələrinə yaxın mövqelərindən atəş açan hiyləgər düşmən yaxşı bilir ki, Azərbaycan Ordusu uşağa, böyüyə, günahsız, əliyalın şəxslərə, bir sözlə dinc sakinlərə güllə atmayacaq. Hər an düşmən gülləsinin hədəfində olacaqlarını gözə alan və Azərbaycan Ordusunun qüdrətinə arxalanan Əlibəyli sakinlərinin gündəlik həyatı öz axarı ilə davam edir.Artıq hava qaralır.Kənd sakinlərinin dili ilə desək düşmənin atəş açmaq vaxtıdır. Beləliklə, hər kəs öz ocağının başındadır. Hətta qonşular bir birinə qonaq da gedir.

Gecə yarıdan keçib.Beləliklə, qonşular çay süfrəsi ətrafında söhbətlərini davam etdirir. Artıq dan yeri sökülür.Yenə kənddə hərəkət başladı. Xoruzların, quşların səsi kəndi bürüdü. Sakinlər mal-qaranı otlaq sahələrinə ötürür. İşə gedən vaxtında yetişməyə çalışır. Bir sözlə, atəşkəsin hər gün dəfələrlə pozulmasına baxmayaraq Əlibəylidə həyat öz axarı ilə davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm