Yağışlar kəsilir – HAVA PROQNOZU
Bizi izləyin

Qırmızı.az

Yağışlar kəsilir – HAVA PROQNOZU

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, oktyabrın 11-də Bakıda və Abşeron yarmadasında havanın tutulub açılacağı gözlənilir, gündüz yarmadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Gündüz şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarmadasında gecə 12-14, gündüz 15-17 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava, əsasən, yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gecə və səhər güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm