• USD 1,7000 0,00% EUR 1,9396 +0,30%
    • GBP 2,1676 0,00% RUB 0,0272 +1,10%

Nuriyyə Əhmədova: “Özümüzü yox, xalqı düşünərək təbəssümümüzü əskik etməməliyik!” – FOTO

Nuriyyə Əhmədova: “Özümüzü yox, xalqı düşünərək təbəssümümüzü əskik etməməliyik!” – FOTO

“Biz xalq artisti, böyük, əvəzsiz kinoaktrisa Nuriyyə Əhmədovanı itirdik... Ah, o necə də oynayırdı, yox, o oynamırdı, rollarını yaşayırdı! Hər xarakterini yaşamışdı. Onun taleyi bir çox filmlərdə görüldü. Hətta bu əsas taleyi bir çox filmlərdə görmək olar. Ekranda onun nurlu şüası görünməyəcək, bu gün isə işıqlar həmişəlik söndü! Siz yaddaşlarda əbədi sevgi ilə əbədiyyən unudulmaz qalacaqsınız”.

Publika.az-ın məlumatına görə, bu fikirləri ictimai xadim, ailə məsələləri üzrə ekspert Hacı Quliyev sosial şəbəkədə Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın vəfatından təsirlənərək qeyd edib. O, Nuriyyə Əhmədova ilə bağlı xatirələrini bölüşüb: “Allahım, səhərimizi nə pis xəbərlə açdıq. Bu korifeylərimizin əvəzi olacağmı? Azərbaycanın kinoaktrisası, Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü Nuriyyə Əhmədovamızı da itirdik... Nuriyyə xanımın isti söhbətlərini, həyatı nə qədər əzablı olsa da, gülən gözlərini biz unuda bilərikmi?! Bəs çəkildiyi rollar?.. Hər kiçik rolu ilə şedevrlər yaradırdı, Nuriyyə xanım. Qızının ağır ölümündən sonra mənimlə söhbətlərinin birində dedi: “Hər birimizin dərdi var, lakin xalq bizdən enerji alır, biz özümüzü yox, xalqı düşünərək təbəssümümüzü əskik etməməliyik!”

İki övladını məzara qoyan aktrisamız son günlərinə qədər də xalqdan yerə-göyə sığmayan dərdini o gülən gözləri ilə gizlədirdi. Allah Sizə rəhmət eləsin! Siz getdiniz, lakin Nuriyyə Əhmədova məktəbi sonsuza qədər yaşayacaqdır!”

Məlumat üçün bildirək ki, 1950-ci il 26 dekabrda Bakıda anadan olan xalq artisti Nuriyyə Əhmədova iki övladını faciəvi şəkildə itirib: oğlu Əli İslamzadə xərçəng xəstəliyindən vəfat edib, qızı isə həyat yoldaşı tərəfindən öldürülüb.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR