Qırmızı.az
MTRŞ-dan televiziya kanallarına uşaqlarla bağlı tövsiyə
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanın televiziya kanallarına tövsiyə məktubu hazırlayır.
Bu barədə "Report"a Şuranın sədr müavini Qafar Cəbiyev məlumat verib.
Onun sözlərinə görə, məktubda televiziya kanallarına oktyabrın 20-dən noyabrın 20-dək uşaq verilişlərinə, uşaqlarla bağlı məsələlərə daha çox yer vermələri tövsiyə olunacaq: "Ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsinin 26 ili tamam olur. Bu səbəbdən, Azərbaycan Respublikasının Ombudsmanı tərəfindən oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə "Uşaq hüquqları" aylığı keçiriləcək. Bu məsələ ilə bağlı Ombudsman bizə məktub göndərib. Biz də öz növbəmizdə telekanallara aylıq çərçivəsində uşaqlarla bağlı daha çox verilişlər yayımlamalarını, verilişlərin rəngarəngliyini artırmalarını tövsiyə edəcəyik".
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"