Qırmızı.az
Təbrizdə ana dili kursu açıldı

Təbrizdə dövlət hesabına Azərbaycan dili kursu açılıb.
Publika.az xəbər verir ki, Təbrizin “Mədəniyyət və
Ədəbiyyat” institutunun nəzdində ana dili kursu fəaliyyətə
başlayıb.
Uzun zamandır ana dilində kursun açılmağı barədə xəbərlər yayılsa da, kurs 11 oktyabrda rəsmi fəaliyyətə başlayıb.
Qeyd edək ki, Cənubi Azərbaycanın Urmiya, Meşkinşəhr, Sulduz kimi şəhərlərində hər zaman qeyri-rəsmi olaraq Azərbaycan dili kursları fəaliyyət göstərib. Yeni açılan kurs isə təhsil sisteminə daxil olmasa da, rəsmi şəkildə dövlət vəsaiti hesabına fəaliyyət göstərəcək.
“Artıq gizli deyil, açıq şəkildə ana dilimizi öyrənə biləcəyik deyə
çox xoşbəxtik”, - kurs tələbələri bildiriblər.
Xatırladaq ki, İran İslam Respublikasının konstitusiyasının 15-ci
maddəsində bildirilir ki, fars dili ilə yanaşı, digər xalqların ana
dilində təhsili azaddır. Lakin İran rejimi illərdir bu qanuna əməl
etmir, Azərbaycan dilində təhsilə qadağa qoymaqla yanaşı, ana
dilini tələb edən soydaşlarımıza həbs və işgəncə tətbiq edib.
Rübabə

-
Sosial11:21
Aşura günü qanvermə aksiyası keçirilir
-
Nida Xəbər 10:35
Ceyhun Bayramov Ankaraya getdi
-
Sosial10:16
Pensiyalar bu tarixdə veriləcək
-
Sosial10:08
Un və çörək bahalaşacaq - VİDEO
-
Nida Xəbər 09:40
MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ
-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ