Bakının 2 rayonunda su olmayacaq
Bizi izləyin

Qırmızı.az

Bakının 2 rayonunda su olmayacaq

Bakının iki rayonuna içməli suyun verilməsində problemlər olacaq.

“Azərsu” ASC-dən Publika.az-a verilən məlumata görə, Qaradağ və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Məhdudiyyətlər I və II Kür-Bakı magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Bununla əlaqədar oktyabrın 12-də gün ərzində Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsinə və Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm