Təhsil İdarəsi valideynlərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Təhsil İdarəsi valideynlərə müraciət etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin səyyar qəbulunu keçirməyə başlayıb.

İdarədən Publika.az-a verilən məlumata görə, 2015-2016-cı tədris ilinin ilk səyyar qəbulu oktyabrın 16-da keçiriləcək. Xəzər rayonu üzrə 156 nömrəli tam orta məktəbdə keçiriləcək səyyar qəbula Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə məktəblərin və məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10:00-da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm