Bakıda yeni yol salınıb - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda yeni yol salınıb - FOTO

Bakıda nəqliyyatın sıxlığını aradan qaldırmaq üçün Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində yeni yol hissəsi salınıb.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yeni yol hissəsi bu gündən etibarən sürücülərin ixtiyarına verilib. Nəqliyyat vasitələrinin geri dönmələri üçün salınan yol hissəsi tıxacların aradan qaldırılması üçün nəzərdə tutulub.

Görülən işlər nəticəsində yolun hərəkət hissəsi nəzərəçarpacaq dərəcədə genişləndirilib. Əraziyə yeni asfalt-beton örtük döşənib. Yeni salınmış yol hissəsində hərəkəti tənzimləmək üçün müvafiq yol nişanları quraşdırılıb və səki daşları düzülüb.

Qeyd edək ki, bundan öncə nəqliyyat vasitələri geridönmə əməliyyatını həyata keçirmək üçün uzun bir məsafə qət etməli idilər. Bu isə həm vaxt itkisinə, həm də həmin istiqamətdə sıxlığın yaranmasına gətirib çıxarırdı. Həsən Əliyev küçəsi ilə hərəkətdə olan nəqliyyat vasitələri artıq yeni yol hissəsindən geriyə dönməklə rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə bilərlər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm